“Mahal Construction” – tikinti şirkəti olaraq, daşınmaz əmlak bazarında, layihələrin konsepsiyalarının hazırlanmasından, onların tikintisinə, satışına və hazır obyektlərin idarə olunmasına kimi tam spektr xidmətlər təklif edir. Şirkətin məqsədi Bakı şəhərinin daşınmaz əmlak bazarında iri miqyaslı layihələrin icra edilməsidir. Bugünkü günə şirkətin əsas fəaliyyət istiqaməti – yaşayış kompleksləri layihələrinin həyata keçirilməsidir.

Şirkət üçün, layihələrin vaxtında və keyfiyyətlə icra olunması başlıca amildir. Bu, ən yeni tikinti texnologiyalarının və keyfiyyətli tikinti materiallarının istifadə edilməsi, layihələrin idarə olunmasına peşəkar yanaşma və yüksək ixtisaslı mütəxəssislər heyətinin işi sayəsində mümkün olur.

Biz nəinki gözəl yaşayış binaları tikirik, biz həmiçinin ticarət mərkəzləri, məktəblər, uşaq bağçaları, poliklinikalar, yaşıllıq zonaları və abad həyətlər də daxil olmaqla, əlverişli yaşayış mühiti yaradırıq.
Hazırda "Mahal Construction" brendi ilə üç layihənin icrası həyata keçirilir. Bu, premium seqment layihəsi olan "Panorama Bayıl" və biznes seqment layihəsi olan "Baku Nar Residence" “Çinar” layihələridir. Şirkətin həyata keçirdiyi layihələr müasir yaşayış sahələrinə xas bütün zəruri xüsusiyyətlərə malikdirlər - düşünülmüş planlaşdırma, inkişaf etmiş infrastruktur, keyfiyyətli tərtibat, özünün istismar xidməti və s.
Şirkət həmçinin kommersiya xarakterli tikinti layihələrinin həyata keçirilməsində əməkdaşlıq etməyə hazırdır. Bu, kurort komplekslərinin, biznes mərkəzlərin, mehmanxanaların, ticarət obyektlərinin tikintisidir.

"Mahal Construction" gənc, dinamik şirkət olaraq yerli tikinti bazarda inamla vüsət alır.
Bizim hər bir xidmətimiz yüksək istehlak xüsusiyyətlərinə malikdir. Biz daim qarşımıza yeni vəzifələr qoyur və məqsədyönlü olaraq onların əldə edilməsi üzrə addımlar arataraq ardıcıl surətdə həyata keçirir, iş göstəricilərimizi yaxşılaşdırır, fəaliyyət mexanizmini təkmilləşdiririk. Şirkətin rəqabət qabiliyyətinin artırılması üçün bu, mütləq şərtdir.
Prioritetlərin düzgün yerləşdirilməsi və resursların səmərəli istifadəsi, effektiv işbirliyi, şirkətə daima öz tərəfdaşları ilə anlaşma tapmaqa imkan verir.

Siz təcrübədə həmişə bizim etibarlılığımızın şahidi ola bilərsiniz!

Bizim haqqımızda

“Mahal Construction” – tikinti şirkəti olaraq, daşınmaz əmlak bazarında, layihələrin konsepsiyalarının hazırlanmasından, onların tikintisinə, satışına və hazır obyektlərin idarə olunmasına kimi tam spektr xidmətlər təklif edir.

Baş ofis
Bakı, Binəqədi, S.Bəhlulzadə 1
Telefon: (012) 563-16-21
Mobil: (050) 218-18-45
E-mail: info@mahal.az

Ofisin yerləşimi


İş saatları

  1. Bazar ertəsi-Cümə: 09:00 - 17:00
  2. Şənbə: 10:00 - 16:00
  3. Bazar: Bağlıdır