TİKİNTİ BAŞA ÇATIB. BÜTÜN MƏNZİLLƏR SATILIB!
“Baku Nar Residence” yaşayış kompleksi, Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişdiyiləri yerin (keçmiş”Karl Marks meydanı”) yaxınlığında inşa edilib.
Binanın konstruktiv sxemi - rabitəli, difraqmalı, xətti çərçivə karkasdır. Özül monolit dəmir-beton tava şəklindədir. Örtüklər - monolit dəmir-betondandır.
Hesabi seysmiklik davamlığı 8 bal gücündədir. Antiseysmik tədbirlər Az DTN 2.3-1-ə uyğun yerinə yetirilmişdir.
Yaşayış kompleksinin yerləşdiyi ərazi tam inkişaf etmiş infrastruktura malikdir. Belə ki YK-si yaxınlığında “İdrak liseyi”, “Dünya məktəbi”, Heydər Əliyev adına park, “Bizim Market” supermarketi və sakinlərə gündəlik həyatda vacib olan bir çox digər obyektlər yerləşir..
Əsas üstünlüklər:
1. İnkişaf etmiş infrastrukturuna malik olan ərazi;
2. Azadlıq və Gənclik metro stansiyalarına yaxın məsafə;
3. Çoxsaylı avtobus marşurutlarının dayanacaqları;
4. Yaxınlıqda yerləşən bir neçə məktəb və uşaq baxçası;
5. Tibb təşkilatları;
6. Çoxsaylı idman, ticarət və iaşə obyektləri;
7. Parklar və əyləncə mərkəzlərinin yaxın ərazidə yerləşməsidir;
8. İnşa ediləcək "S.Bəhlulzadə" və "S.Vurğun" metro stansiyalarına yaxınlıq.
18 mərtəbəli, 4 blokdan ibarət olan bu kompleksdə 1,2,3 və 4 otaqlı, 255 mənzil Sizlərə təqdim olunur.
Kompleksdə təmin olunacaq:
1. Abadlaşdırılmış landşaft
2. Uşaq meydançaları
3. Uşağ bağçası
4. Müasir dizaynlı giriş qapıları
5. Bloklarda sensor işıqlandırma
6. Elektrik generatoru
7. Xarici işiqlandırma
8. Yük və sərnişin liftləri
9. 2 mərtəbəli, 160 yerlik yeraltı dayanacaq
10. Mənzil-dayanacaq konsepsiyası
11. Su təchizatı, 24/7
12. Qaz təchizatı, 24/7
13. Elektrik təchizatı, 24/7
14. 24/7 mühafizə xidməti
15. 24/7 nəzarət kameraları
16. Ofis
17. Restoran
”Baku Nar Residence” yaşayış kompleksi, Bakı şəhərinin ən rahat və yaşıl yerlərindən birində yerləşir və yeni keyfiyyət standartları ilə tikilərək münasib yaşayış konsepsiyasi ilə dəstəklənir.
* Binada bütün mənzillər təmirə verilib.