TİKİNTİ BAŞA ÇATIB. BÜTÜN MƏNZİLLƏR SATILIB!
“ÇİNAR” yaşayış kompleksi: Hündürlüyü 60 metr, gövdə çevrəsi üzrə ölçüsü 202 metr olan bu binanın 17 mərtəbəsində (2-ci mərtəbədən 18-ci mərtəbəyə kimi) 202 ailə özünə uzun illər müddətinə etibarlı, rahat, təhlükəsiz yaşam məkanı əldə etmiş olacaqlar. 3 blokda, açıq layihə konsepsiyalı, tavan hündürlüyü 3,15 metr olan 1,2,3 və 4 otaqlı mənzillər, sərfəli satış şərtləri ilə sizin seçiminizə verilir.
Hər blokda 3 surətli lift 24 saat sizin xidmətinizdə olacaq.
Binanın konstruktiv sxemi monolit dəmir-beton çərçivə sistemi qəbul edilmişdir. Binanın yükdaşıyan elementləri - özül, sütunlar, rigellər, döşəmə dəmir-betondan yerinə yetirilib.
Hesabi seysmiklik davamlığı 8 bal gücündədir. Antiseysmik tədbirlər Az DTN 2.3-1-ə uyğun yerinə yetirilmişdir.
Kompleksdə sakinlərin rahatlığı üçün bütün şərait yaradılacaq. Kompleksin ərazisində uşaqların və böyüklərin istirahəti üçün zonalar nəzərdə tutulub. Kompleksdə uşaq baxçası, klinika, ticarət, idman, iaşə obyektləri mövcud olacaq. Kompleks fasiləsiz su, qaz, elektrik enerjisi ilə təmin ediləcək. Ərazi gün ərzində fasiləsiz video müşahidə nəzarətində olacaq.
İcra etdiyi digər layihələrində olduğu kimi, “Mahal Construction”, bu yaşayış kompleksinin inşası üçün də inkişaf etmiş infrastruktura malik ərazi seçmişdir. Bilavasitə kompleksin yanında avtobus dayanacağı yerləşir. Buradan 17 və 78 nömrəli avtobuslar ilə 7-10 dəqiqəyə “İnşaatçılar” metro stansiyasına və əks istiqamətdə hərəkət etməklə, rahatlıqla şəhərin digər hissələrinə hərəkət etmək mümkündür. “20 Yanvar” metro stansiyası kompleksdən avtomobil ilə 10-12 dəqiqəlik məsafədə yerləşir. Kompleksdən piyada olaraq 15 dəqiqəlikdə, nəqliyyatla 5 dəqiqəlikdə “Yeni Yasamal Parkı” yerləşir. Həmçinin kompleksdən 10 dəqiqəlik gəzinti məsafəsində 52 və 286 nömrəli, iki orta məktəb yerləşir,
Kompleksin inşası müddətində ətraf infrastrukturun daha da inkişaf edəcəyi gözlənilir. ”ÇİNAR” yaşayış kompleksi, “Mahal Construction” tərəfindən inşa edilən digər komplekslər kimi, keyfiyyətin və etibarlılığın təcəssümüdür. Tikinti mərhələsindən asılı olmayaraq, alınan mənzillər əmlak komitəsində qeydiyyatdan keçirilir. Bu isə öz növbəsində kompleks yaşayışa təhvil verildikdən sonra, sakinlərin aldıqları mənzillərinə çıxarışların alınması üçün zəmanətdir.
“Mahal Construction” müasir tikinti texnologiyaları və materialları tətbiq etməklə, keyfiyyətli və zəmanətli iş prosesinə, gələcək sakinlər ilə mehriban münasibətlərə, öz fəaliyyətində şəffaflığa üstünlük verir.
Sizləri, “ÇİNAR” yaşayış kompleksinin gələcək sakinləri sırasında görmək məmnunluğu ilə, “Mahal Construction”.
* Binada mənzillər təmirə verilib.
Nağd satış: 1.350azn/kv.m