“Mahal Şirkətlər Qrupu” – tikinti şirkətləri qrupu olaraq, daşınmaz əmlak bazarında, layihələrin konsepsiyalarının hazırlanmasından, onların tikintisinə, satışına və hazır obyektlərin idarə olunmasına kimi tam spektr xidmətlər təklif edir. "Mahal"şirkətlər qrupuna daxildir: "Mahal" MTK, "Mahal Construction", "Mahal Sky Park" MTK, "Mahal Qarabağ". Şirkətin məqsədi Bakı şəhərinin və Azərbaycanın daşınmaz əmlak bazarında iri miqyaslı layihələrin icra edilməsidir. Bugünkü günə şirkətin əsas fəaliyyət istiqaməti – yaşayış kompleksləri layihələrinin həyata keçirilməsidir.
Şirkət üçün, layihələrin vaxtında və keyfiyyətlə icra olunması başlıca amildir. Bu, ən yeni tikinti texnologiyalarının və keyfiyyətli tikinti materiallarının istifadə edilməsi, layihələrin idarə olunmasına peşəkar yanaşma və yüksək ixtisaslı mütəxəssislər heyətinin işi sayəsində mümkün olur.
Biz nəinki gözəl yaşayış binaları tikirik, biz həmiçinin ticarət mərkəzləri, məktəblər, uşaq bağçaları, poliklinikalar, yaşıllıq zonaları və abad həyətlər də daxil olmaqla, əlverişli yaşayış mühiti yaradırıq.
Hazırda "Mahal"şirkətlər qrupu tərəfindən bir layihənin icrası həyata keçirilir. Bu, premium seqment layihəsi olan "Panorama Bayıl-1" layihəsidir. Digər iki layihə "Baku Nar Residence" və “Çinar” layihələrində tikiti işləri tamamlanıb, satış başa çatıb, sakinlər təmir işlərinə başlayıblar. Yaxın zamanda Bakının Parlamet prospektində "Almaz Residence" və Sumqayıt şəhərində "Sky Park Mahal" yeni yaşayış komplekslərinin inşasına başlanılacaq. Şirkətin həyata keçirdiyi layihələr müasir yaşayış sahələrinə xas bütün zəruri xüsusiyyətlərə malikdirlər - düşünülmüş planlaşdırma, inkişaf etmiş infrastruktur, keyfiyyətli tərtibat, özünün istismar xidməti və s.
"Mahal Qarabağ"MMC nəznində fəaliyyət göstərən müəssisə, beton, qum, çınqıl, qırma daş istehsalı sahəsində ixtisaslaşır. Şirkətin, Ağdam rayonu, Əfətli kəndində, istehsal gücü 120m3/saat olan beton zavodu istismara verilib. Zavod 24/7 rejimində fəaliyyət göstərir.
Şirkət həmçinin kommersiya xarakterli tikinti layihələrinin həyata keçirilməsində əməkdaşlıq etməyə hazırdır. Bu, kurort komplekslərinin, biznes mərkəzlərin, mehmanxanaların, ticarət obyektlərinin tikintisidir.
"Mahal Şirkətlər Qrupu" gənc, dinamik şirkətlər qrupu olaraq yerli tikinti bazarda inamla vüsət alır.
Bizim hər bir xidmətimiz yüksək istehlak xüsusiyyətlərinə malikdir. Biz daim qarşımıza yeni vəzifələr qoyur və məqsədyönlü olaraq onların əldə edilməsi üzrə addımlar arataraq ardıcıl surətdə həyata keçirir, iş göstəricilərimizi yaxşılaşdırır, fəaliyyət mexanizmini təkmilləşdiririk. Rəqabət qabiliyyətimizin artırılması üçün bu, mütləq şərtdir.
Prioritetlərin düzgün yerləşdirilməsi və resursların səmərəli istifadəsi, effektiv işbirliyi, şirkətə daima öz tərəfdaşları ilə anlaşma tapmaqa imkan verir.